İntihara cəhd edən jurnalistdən son xəbər

  • By admin
  • 28 Fevral 2023 10:51

Dünən Ali Məhkəmənin ədalətsiz qərarına etiraz olaraq intihara cəhd edən AZƏRTAC-ın keçmiş əməkdaşı Aygün Əliyevanın durumu stabilləşib.

Bu barədə Gununsesi.info-ya məlumat verən jurnalistin ailə üzvləri bildirib.

Məlumata görə, Aygün təcili görülən tibbi müdaxilələr onun ölüm təhlükəsini aradan qaldırıb.

Bununla belə ailəsi  jurnalistin bir neçə gün müalicə olunacağını deyib.

 

Afət

Gununsesi.info