Ağac kəsilməsi hesabına tikinti aparanların qarşısı alınıb

  • By admin
  • 28 Fevral 2023 11:03

Binəqədi rayonunun Biləcəri qəsəbəsi Teymur Yaqubov küçəsində ağacların kəsilməsi hesabına inşası planlaşdırılan ictimai iaşə obyektinin tikintisinin qarşısı alınıb .

Gununsesi.info-nun xəbərinə görə, həmin ərazidə yaşayan sakinlər bu barədə bildirib.

HTML tutorial

Hansısa sahibkarın  küçədəki ağacları qanunsuz kəsməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlandırılmasından sonra prosesin qarşısı alınıb.

Nazirliyin sözçüsü İradə İbrahimova bu qanunsuzluğu törədənlərin barəsində  araşdırmalar aparıldığı və məsuliyyətə cəlb olunacaqları deyib.

Gununsesi.info-uəya müraciət edən sakinlər həmin şəxslərin hələ də bu niyyətdə olduqlarını bildirib.

Sakinlər aidiyyatı qurumları prosesin sonadək qarşısını almağa çağırıb.

 

Afət Abbasova

Gununsesi.info