“Fars (Bəsrə) körfəzi bölgəsində gərginlik, Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçilik üçün risklər getdikcə artır”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Təəssüflə qeyd edirik ki, Fars körfəzi bölgəsində gərginlik daha da artır. Tərəflər qarşılıqlı hücumlarını davam etdirir, nəticədə İran və ərəb ölkələrinin mülki infrastrukturuna ciddi ziyan dəyir. Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçilik üçün risklər də artıb. Mövcud vəziyyət ABŞ və İran arasında iyunun 17-də imzalanmış İslamabad Memorandumuna əsaslanan danışıqlar prosesinin bərpası üçün göstərilən regional vasitəçilik səylərini daha da çətinləşdirir”, – diplomat bildirib.












