İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın gözlənilməz göstərişindən sonra Vaşinqtonun nüvə sınaqlarını bərpa etmək planlarını “geriyə dönük və məsuliyyətsiz” adlandırıb.
Əraqçi sosial mediada paylaşımında bildirib ki, “nüvə silahına malik zorakı dövlət bu sınaqları bərpa edir, amma eyni zamanda İranın dinc nüvə proqramını tənqid edir”.
Nazir qeyd edib ki, bu addım beynəlxalq təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır.
Günay











