İran Hərbi Dəniz Qüvvələrinin bütün bölmələri təlimlər keçirəcək

  • By admin
  • 12 Yanvar 2021 12:00
İran Hərbi Dəniz Qüvvələri Oman dənizi və Kənarək bölgəsinin sahilində raket və artilleriya birləşmələrinin təlimlərini keçirəcək.

İki günlük təlimlərdə Hərbi Dəniz Qüvvələrinin bütün bölmələri və hərbi texnikaları iştirak edəcək.

Təlimlər çərçivəsində HDQ-ə iki yeni hərbi gəmi təhvil veriləcək. Təlimlərdə məqsəd HDQ-nin raket və artilleriya bölmələrinin gücünü artırmaqdır.

Gununsesi.info