“İranda minlərlə hədəfə zərbələr endirəcəyik” - Netanyahu

  • Müəllif: Firuzə
  • 01 Mart 2026 15:27

“İsrail yaxın günlərdə İranda minlərlə hədəfə silsilə zərbələr endirməyi planlaşdırır”.

Gununsesi.info xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Netanyahu həmçinin İran sakinlərini hakimiyyəti devirmək üçün küçələrə çıxmağa çağırıb.

“Bu qədər müddət gözlədiyiniz yardım indi gəlib. Tarixi missiya naminə birləşməyin vaxtı çatıb”, – İsrailin Baş naziri vurğulayıb.

Gununsesi.info