Birinci Qarabağ müharibəsinin şəhidi Şirzad Həsənovun anası Adilə Həsənova vəfat edib.
Bu barədə Gununsesi.info-ya onun yaxınları məlumat verib.
Şəhid anasının xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Həsənov Şirzad Nüsrət oğlu 1966-cı il iyun ayının 22-də Qubadlı rayonunun Tarovlu kəndində anadan olub. 1983-cü ildə Çardaxlı kənd orta məktəbini bitirib. 1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdıb. 1987-ci ildə rayon istehlak cəmiyyətinin inşaat briqadasında quraşdırıcı usta kimi əmək fəaliyyətini davam etdirib.
Birinci Qarabağ müharibəsi başlayanda özünümüdafiə dəstələrinə qoşulub. 1990-cı il aprelin 9-da Qubadlıda şəhid olub.













