İranda narazı qadınlar hicablarını çıxararaq yandırdı - VİDEO

  • By admin
  • 21 Sentyabr 2022 14:08

İddialara görə, Tehranda bir neçə gün öncə 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsinə etiraz olaraq İranın müxtəlif şəhərlərində xalq ayağa qalxıb.

Gununsesi.info xəbər verir ki, Əmininin öldürülməsinə etirazını bildirən bəzi iranlı qadınlar hicablarını çıxararaq yandırıblar.

Bunu əks etdirən görüntülər İran teleqram kanallarında yayılıb. Videoda qadınlardan birinin gecə saatlarında tonqal ətrafında rəqs edərək baş örtüyünü çıxarıb oda atdığı görünür.

Görüntüləri təqdim edirik:

Gununsesi.info