İranda silahlı hücum: ölən və yaralanan var

  • By admin
  • 26 Oktyabr 2022 19:38

İranın Şiraz şəhərində yerləşən Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər insanlara atəş açıb.

Gununsesi.info “Fars” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 16 nəfər yaralanıb.

Məlumat görə, iki nəfər saxlanılıb, 3-cü şəxsin tutulması istiqamətində işlər aparılır.

Ölənlərin sayının artacağı istisna edilmir.

Gununsesi.info