“Hadisələr göstərir ki, İrandakı hakimiyyət Azərbaycana qarşı həmişə yürüdülən mürtəci siyasəti bu gün də davam etdirir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib:
“Yəni, Azərbaycan istər 1918-ci ildə respublikanı elan edəndə, istərsə də milli müstəqilliyini bərpa etdikdən sonra Tehran hakimiyyətinin Azərbaycana qarşı riyakar və irticaçı siyasəti dəyişməyib.
Zaman-zaman İran bu pis hərəkətlərindən çəkindirilib. Məsələn, 2000-ci ilin əvvəllərində Azərbaycan sərhədinin və hava məkanının pozulması zamanı Türkiyə hərbi qüvvələrinin Azadlıq meydanında çıxış etməsi, Azərbaycana qarşı mövqe tutanlara cavab verilməsi buna misaldır. Yaxud Azərbaycan torpaqlarını işğal etdikdən sonra İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Cəbrayıl rayonu ilə həmsərhəddə hərbi manevrlər keçirməsi, hikkəli bəyanatlar verməsi, həmçinin Zəngəzur dəhlizi ilə bağlı iddialı və qonşuluq, qardaşlıq-dostluq prinsiplərinə zidd davranışı bunları təsdiqləyir.
Bundan əlavə, 2023-cü ildə Azərbaycan Tehrandakı səfirliyinə yönəlmiş terror hücumu da buna əlavə faktrdır”.
Sədrəddin Soltan əlavə edib ki, bu gün, martın 5-də, İranın Naxçıvan bölgəsinə dron hücumu artıq Tehran hakimiyyətinin, onun silahlı qüvvələrinin və Sepahın qonşuya qarşıməkirini və xəbistliyi qonşuya xəyanətini göstərdi:
“Odur ki, qonşu olan Azərbaycan bu və buna bənzər hadisələrə daim hazırlıqlı olmalıdır.
Necə deyərlər, “İtlə qonşu olan, itlə dost olan çomaxını əldən qoymaz”. Bu, İranı idarə edən panfarsist rejimdir. Bu rejim heç vaxt türkü sevməyib və zaman fürsəti əldə etdikdə ona qarşı pis niyyətlərini həyata keçirir.
Azərbaycanın bu vəziyyətdə davranışı daim ehtiyatlı olmaq və lazım gəldikdə öz çomaxını əldən qoymamaqdır”.
Şəbnəm Rəhimova












