İraqda partlayış olub, 3 qadın ölüb, 3 polis yaralanıb

  • By admin
  • 05 Noyabr 2020 20:17

İraqın şərqində yerləşən Diyala əyalətində törədilən iki partlayış nəticəsində azı 3 qadın ölüb, 3 polis əməkdaşı yaralanıb.

Gununsesi.info İNA-ya istinadən xəbər verir ki, məlumatı İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti yayıb.

Bildirilib ki, birinci partlayış motoskletdə baş verib. Motoskletə minmiş 3 qadın partlayışın qurbanı olub. İkinci partlayış polis əməkdaşları hadisə yerinə gələrkən baş verib. Əldəqayırma partlayıcı qurğu hadisə yerində partladılıb. Nəticədə 3 polis əməkdaşı yaralanıb.

Gununsesi.info