Türkiyədə koronavirusdan 81 nəfər ölüb

  • By admin
  • 05 Noyabr 2020 20:29

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca  son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  146 028 şübhəli koronavirus testindən keçib, onlardan 2311-nin cavabı pozitiv çıxıb, 1741 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  2564   nəfər olub.

 

 

Türkiyədə ümumilikdə 386 820 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 639 nəfər ölüb.

 

 

Gununsesi.info