İraqda sui-qəsdçilərə təlim verən PKK terrorçusu zərərsizləşdirildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatda PKK-nın məsul şəxslərdən olan Ahmet Gümüşü zərərsizləşdirib.

Gununsesi.info TRT Haber-ə istinadən xəbər verir ki, “Cudi Engizek” kod adlı terrorçu Türkiyədə polis bölmələrinə qarşı fəaliyyətlərdə iştirak edib, həmçinin terror təşkilatının üzvlərinə sui-qəsd təlimləri verib.

Bundan başqa, o, Suriyada terrorçuların təlim düşərgələrinin baş məsul şəxsi olub.

 

 

Gununsesi.info