Azərbaycanda son üç il ərzində daimi yaşamaq üçün ölkədən gedənlərin sayı 2 dəfədən çox artıb.
Gununsesi.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin miqrasiya ilə bağlı məlumatlarında qeyd olunub.
Rəsmi məlumatlara görə, 2022-ci ildə ölkədən daimi olaraq gedınlərin sayı 1100 nəfər olubsa, 2024-cü ildə bu rəqəm 2300 qeydə alınıb.
Azərbaycanlı sosial media istifadəçiləri insanların digər ölkələrə getməsinin ölkədə işsizliklə əlaqələndirirlər.
Onlar arasında maaşların aşağı olmasını səbəb kimi göstərənlər də var.










