İşçinin əmək haqqı hansı hallarda azaldıla bilər?

  • By Admin2
  • 16 Aprel 2026 12:08

İşçilərin maaşı artırıldığı kimi, bəzən azaldıla da bilər.

Maraqlıdır, bu hallar hansılardır?

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirir ki, işçinin əmək haqqı yalnız əmək qanunlarında nəzərdə tutulmuş hallarda və qaydada azaldıla bilər. Məsələn, buraya müəssisənin istehsal və ya iqtisadi vəziyyətinin pisləşməsi nəticəsində iş yerinin ixtisarı, işçinin vəzifəsinin aşağı maaşlı işə dəyişdirilməsi, işçinin iş qabiliyyətinin müvəqqəti itirilməsi, işçinin qanunpozması nəticəsində intizam tənbehi alması və digər qanunla nəzərdə tutulmuş hallar daxildir.

O, həmçini qeyd edib:

“Əmək haqqının azaldılması barədə işçi əvvəlcədən xəbərdar edilməlidir”.

Orxan
Gununsesi.info