İşğaldan azad edilən Madagiz - VİDEO

  • By admin
  • 03 Oktyabr 2020 22:44

Bu gün – 3 oktyabr 2020-ci il tarixində erməni işğalı altındakı Dağlıq Qarabağda uğurlu antiterror əməliyyatları həyata keçirən Azərbaycan Ordusu Tərtər rayonu ərazisinə daxil olan Madagiz (Suqovuşan) kəndini düşməndən azad edib.

Modern.az-ın məlumatına görə, bu barədə xəbəri ölkə ictimaiyyətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bəyan edib.

Madagiz (Suqovşan) işğal olunmuş ərazilərimizin şimal-şərqində, Tərtər rayonu ərazisində yerləşir. 1992-ci ilədək keçmiş Ağdərə rayonunun inzibati ərazisinə daxil olub.

Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər.

Gununsesi.info erməni internet resurslarında Madagiz (Suqovşan) kəndindən çəkilib yerləşdirilmiş videogörüntünü təqdim edir.

Gununsesi.info