“İşğaldan azad olunmuş ərazilərdəyəm” – Britaniya səfiri Cəbrayıldan tvit atdı FOTO

  • By admin
  • 06 Fevral 2021 15:52

Böyük Britaniyanın Azərbaycandakı səfiri Cəbrayıldan tvit atdı

Bu gün diplomatik korpusun üzvləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərə səfər edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) “Twitter” səhifəsində paylaşım edib.

Erməni işğalçıları tərəfindən dağıdılmış evlərin fotosunu paylaşan diplomat yazıb: “Bu gün işğaldan azad olunmuş ərazilərdəyəm. Bu, Cəbrayıldır”. (APA)

Gununsesi.info