İslamabaddakı görüş Azərbaycan neftinu ucuzlaşdırdı

  • By Admin2
  • 11 Aprel 2026 10:07

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti dəyər itirib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üçün qiymət 5,05 ABŞ dolları ucuzlaşaraq 119,98 ABŞ dollarına düşüb.

Dünya neft qiymətlərinə ABŞ-la İran arasında 2 həftəlik atəşkəs razılaşması və bu gün Pakistan paytaxtı İslamabadda keçiriləcək görüşün təsir göstərəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Gununsesi.info