İsmayıllıda ağır qəza: ölən və yaralananlar var

  • By admin
  • 25 Dekabr 2022 19:18

Bu gün saat 15:30 radələrində İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “BMW” və “Honda” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info