İsrail azad ediləcək 95 məhbusun adını açıqladı

  • By Günel
  • 18 Yanvar 2025 08:49

İsrail həbsxanalarından azad ediləcək 95 fələstinli məhbusun adını elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Ədliyyə Nazirliyi məlumat yayıb.

“Bu, tam siyahı deyil və yalnız birinci mərhələyə aiddir”, – məlumatda bildirilib.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında əldə olunmuş barışıq haqda saziş bu gün İsrailin Nazirlər Kabineti tərəfindən də təsdiqlənib.

Gununsesi.info