İsrail HHQ Livan sərhədində hədəflərə zərbələr endirdi

  • By admin
  • 05 Avqust 2021 09:35

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri ölkə sərhədinin Livan tərəfində yerüstü hədəflərə zərbələr endirib.

Gununsesi.info TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Al-Hadath” telekanalı xəbər yayıb.

Məlumata əsasən, zərbələr İsrailin yaşayış məntəqələrinə raket atan radikal Fələstin qruplaşmalarının sığınacaqlarına endirilib.

Bildirilir ki, Livanın cənubunda partlayış səsləri eşidilib.

Gununsesi.info