Sərbəst güləşçimiz Tokio-2020-yə qələbə ilə başladı

  • By admin
  • 05 Avqust 2021 09:36

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Gununsesi.info xəbər verir ki, 74 kq çəki edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Bayramov 1/4 finala yüksəlib. O, bu raundda Frank Çamizo (İtaliya) ilə görüşəcək.

Gununsesi.info