İsrail Sülh Şurasının Qəzza üzrə planını rədd etdi

  • Müəllif: Firuzə
  • 09 Avqust 2026 18:58

İsrail Sülh Şurasının Qəzza zolağı ilə bağlı 15 bənddən ibarət planını rədd edir.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bu bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasının əvvəlində çıxış edib.

“İsrail Müdafiə Ordusu HƏMAS tərk-silah olunana qədər qoşunlarını çıxarmayacaq. HƏMAS-ın tərk-silah edilməsindən danışarkən ağır silahları, nisbətən yüngül silahları, bütün növ silahları nəzərdə tuturam. Biz formal deyil, həqiqi tərk-silahdan danışırıq”, – deyə Netanyahu bildirib.

“Hazırda biz bu məsələni amerikalılarla müzakirə edirik. Onların bəzi ideyaları bizim üçün məqbuldur, bəziləri isə məqbul deyil və biz buna necə qarşı duracağımızı bilirik”, – deyə Netanyahu əlavə edib.

Gununsesi.info