İstanbulda imzalanan sazişə REAKSİYALAR

  • By admin
  • 22 İyul 2022 20:53

Xəbər verdiyimiz kimi. bu gün İstanbul şəhərində Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.

Gununsesi.info xəbər verir ki, dünyanın müxtəlif beynəlxalq təşkilatlarından və dövlətlərindən sazişə münasibət bildirilib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter”də razılaşmanı alqışladığını bildirib və Türkiyəyə təşəkkür edib.

“Qlobal ərzaq təhlükəsizliyi Aİ üçün prioritet məsələdir, mən Ukraynanın taxıl ixracı üçün Qara dənizdəki blokadanın açılmasına dair razılaşmanı alqışlayıram. Bu saziş bütün dünyada milyonlarla insana fayda verə bilər və bunun üçün sazişin ciddi şəkildə yerinə yetirilməsi indi böyük əhəmiyyət kəsb edir. Biz BMT-nin rolunu və Baş katib Antoniu Quterreşin uzunmüddətli səylərini yüksək qiymətləndiririk. Bu prosesdə iştirakına görə Türkiyəyə təşəkkür edirik. Biz Ukraynanı və Prezident Zelenskini dəstəkləməyə davam edəcəyik. Nəhayət 22 milyon ton taxılın ixracını alqışlayırıq”, – deyə o qeyd edib.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də yazıb ki, təşkilat BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının ixracına dair imzalanmış sazişi təqdir edir.

“Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsi milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub. Bu gün imzalanan İstanbul sazişi düzgün istiqamətdə atılmış bir addımdır. Biz onun sürətlə həyata keçirilməsinə çağırırıq. BMT və Türkiyənin səylərini alqışlayırıq. Aİ Ukrayna taxılının ixracına yardım etməyə davam etmək öhdəliyinə sadiqdir”, – Borrell qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu imzaların atılması üçün Türkiyə Rusiya və Ukrayna tərəfləri ilə əməkdaşlıq edərək böyük işlər görüb: “Bu gün “Taxıl daşınması sazişi”ni imzalayaraq Afrikadan Yaxın Şərqə, Amerikadan Asiyaya qədər bütün dünyada aclıq təhlükəsinin və əlavə qiymət artımının qarşısını almağa nail olacağıq”.

BMT-nin Baş katibi Antoniu Quterreş prosesə töhfə verdiyi üçün Türkiyəyə, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. O, Rusiya və Ukrayna nümayəndələrinə müraciət edərək deyib ki, bu imzalar dünya üçün atılacaq və bütün ölkələr üçün fürsət yaradacaq: “Bu, dünya qida böhranının qarşısını alacaq və qiymətlərin aşağı düşməsinə kömək olacaq”.

Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya bu sənəddə açıq şəkildə yazılmış öhdəlikləri öz üzərinə götürüb: “Biz limanların təmizlənəcəyindən və açılacağından istifadə etməyəcəyik. Biz bu öhdəliyi götürmüşük”.

Kanadanın Baş naziri Castin Trüdo bqeyd edib ki, G7 ölkələri Türkiyə və digər tərəfdaşlarla yaxından işləyir: “Biz bu taxılı Ukraynadan və Ukraynanın suverenliyini və müdafiəsini riskə atmadan dünyanın lazım olan yerlərinə çatdıra biləcəyik”.

Gununsesi.info