İtkin-şəhid Rəfael Abbasov dəfn edildi

  • Müəllif: Firuzə
  • 29 Oktyabr 2025 12:26

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəfael Abbasov dəfn edilib.

Gununsesi.info xəbər verir ki, Rəfael Abbasovun Hövsan qəsəbəsindəki evində baş tutan vida mərasimindən o, Suraxanı rayon Dədə-Qorqud qəbristanlığında torpağa tapşırılıb.

Dəfndən əvvəl cənazə namazı qılınıb, dualar oxunub.

Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Gununsesi.info