Jurnalistlərə vəsiqə verilməsinə görə ödəniş müəyyənləşəcək

  • By admin
  • 11 Dekabr 2021 13:27

Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir.

Gununsesi.info xəbər verir ki, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsində bildirilib ki, jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Gununsesi.info