Kəlbəcərli şagirdlərin Novruz sevinci - FOTOLAR /VİDEO

  • By admin
  • 23 Mart 2022 10:00

Gəncədəki Kəlbəcər Rayon 9 saylı orta məktəbdə Novruz Bayramı qeyd olunub.

Gununsesi.info xəbər verir ki, məktəbin 2 b sinif şagirdlərinin hazırladığı bayram tədbirində məktəblilər milli geyimdə bayram adət-ənənələrini ifadə edən səhnələr hazırlayıb.

Sinif rəhbəri Gözəl Əliyeva bildirib ki, kəlbəcərli məktəblilər bu bayramı əvvəlki illərdən daha böyük coşqu ilə qeyd edir:

“Artıq torpaq həsrəti deyə bir dərdimiz yoxdur”.

Novruz bayramı haqqında danışan sinif rəhbəri deyib ki, “Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur”.

Günay
Gununsesi.info