Kənanın oxuduğu “Bayatı Şiraz” Türkiyədə gündəm oldu - VİDEO

  • By admin
  • 15 Yanvar 2023 19:23

Azərbaycanın xanəndəsi Kənan İbrahimlinin Şuşada “Xarıbülbül” festivalında oxuduğu “Bayatı Şiraz” muğamı Türkiyədə maraqla qarşılanıb.

Gununsesi.info xəbər verir ki, Türkiyənin opera müğənnisi Erhan Güzel K. İbrahimlinin Cıdır düzündəki ifasını sosial şəbəkə hesabında paylaşaraq öz heyranlığını bildirib.

“Mən 10 il konservatoriyada oxudum. 20 ildir ki, opera sahəsindəyəm. Bu 30 ildə mənə bu qədər dərindən təsir edən çox az səs olub. Möhtəşəmsən!”, – deyə paylaşımında E. Güzel qeyd edib.

Həmin görüntünü təqdim edirik:

Xatırladaq ki, K. Bayramlı Əməkdar artist, xanəndə Təyyar Bayramovun oğludur.

Qeyd edək ki, Kənan sözügedən mahnını 2021-ci ildə 1-ci “Xarıbülbül” festivalında oxuyub.

Gununsesi.info