
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni sonuncu həyat yoldaşı, deputat Marta Faşinaya yüz milyon avro miras bağışlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Corriere della Sera məlumat yayıb.
Bildirilir ki, Berluskoninin Fininvest holdinqinin böyük hissəsi onun ilk evliliyindən olan övladlarına qalanları isə ikinci evliliyindən olanlara verilib.
Vəsiyyətnamə həmçinin Berluskoninin kiçik qardaşı Paolo üçün yüz milyon avro və siyasətçinin müttəfiqi Marçello Dell’Utri üçün isə 30 milyon avro qeyd edilib.
Qeyd edək ki, Leykoz xəstəliyindən əziyyət çəkən Silvio Berluskoni 12 iyun 2023-cü ildə 86 yaşında Milanda xəstəxanada vəfat edib.
Tərcümə:
Şəbnəm
Gununsesi.info