Keçmiş prezident həbs edilir -EVİNDƏ AXTARIŞ APARILDI

  • By admin
  • 24 May 2022 16:16

Moldovanın keçmiş prezidenti İqor Dodonun evində axtarış aparılsa da, o saxlanmayıb.

Daha öncə yayılmış məlumatlarda Dodonun saxlandığı deyilirdi.

Moldovanın keçmiş prezidenti İqor Dodonun evində axtarış aparılsa da, o saxlanmayıb. Daha öncə yayılmış məlumatlarda Dodonun saxlandığı deyilirdi.

Baş prokurorluğun sözçüsü Mariana ÇerpeçAzadlıqRadiosu-nun Moldova xidmətinə şərhində keçmiş prezidentin “hazırda saxlanmadığını” söyləyib. Onun sözlərinə görə, Dodonun evində özünün iştirakıyla axtarış aparılır.

“Axtarış başa çatandan sonra prokurorlar onu həbs edib-etməməklə bağlı qərar verəcəklər”, – deyən sözçü Dodonun keçmiş dövlət başçısı kimi toxunulmazlığının olmadığını sözlərinə əlavə edib.

***

Antikorrupsiya prokurorları Moldovanın keçmiş prezidenti İqor Dodonun Kişinaudaki evində axtarış aparıb, onu saxlayıblar.

2016-2020-ci illərdə prezident olmuş, Rusiyanın dəstəklədiyi Dodon korrupsiya, qanunsuz varlanma, kriminal təşkilatdan siyasi ianə qəbulunda və vətənə xəyanətdə şübhəli bilinir. Yerli media bunu Baş Prokurorluğun sözçüsü Mariya Çerpeçə istinadla yazır.

Moldovanın Baş Prokuroru vəzifəsini icra edən Dumitru Robu Dodonun 72 saatlığa saxlandığını bildirib.

Gununsesi.info