Kəlbəcərə yeni köç olacaq

  • Müəllif: Firuzə
  • 17 Noyabr 2025 12:46

Kəlbəcər sakinlərinin növbəti köçü olacaq.

Gununsesi.info-nun məlumatına görə, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən püşkatma keçirilib.

 

Məlumata görə, 27 ailə doğma yurdda mənzil sahibi olub. Məlumatı kəlbəcərli jurnalist, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Aqil Camal yayıb.

Onlar yaxın günlərdə Kəlbəcər şəhərinə köçürüləcəklər.

 

Gununsesi.info