Kerimcan Durmaza həbs cəzası verildi - FOTO

  • Müəllif: Firuzə
  • 02 Fevral 2026 21:03

“Qanunsuz qumar oynamağa təhrik etmək”də ittiham olunan Türkiyənin sosial şəbəkə fenomeni Kerimcan Durmazın məhkəməsində qərar çıxarılıb.

Gununsesi.info  xəbər verir ki, bu haqda “Hürriyet” məlumat yayıb.

Məhkəmənin hökmü ilə Kerimcan Durmaz 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin ona qarşı “xaricə səyahət qadağası” ilə bağlı məhkəmə nəzarəti tədbirinin qüvvədə qalmasına qərar verilib.

kerimcan-durmaza-hebs-cezasi-verildi

Gununsesi.info