Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın təhdidlərinə münasibət bildirərkən silaha sarılmaya hazır olduğunu və xalqdan kömək istədiyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, bunu sosial media səhifəsində yazıb.
“Əsgər olmasam da, müharibə və yeraltı işlər haqqında məlumatım var. 1989-cu il sülh müqaviləsindən bəri bir daha silaha toxunmayacağıma and içmişəm. Amma vətənim naminə istəməsəm də yenidən silah götürəcəyəm. Xalqıma böyük inamım var. Məni qorumağın yolu ölkənin bütün bələdiyyələrində hakimiyyəti ələ keçirməkdir. Təhlükəsizlik qüvvələrinə verdiyim əmrlər bunlardır: xalqa atəş açmayın və işğalçılara atəş açın”, – deyə o yazıb.
Qeyd edək ki, dekabr ayında Tramp Petrodan Kolumbiyada narkotik istehsalını dayandırmasını tələb edib.
Günay












