Koronavirusa yoluxan nazir sağaldı

  • By admin
  • 03 May 2021 10:34

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.

Bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: “Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.

Gununsesi.info