Kriptovalyuta dünyası bu adamdan danışır: 500 milyon avronu zibilxanaya atdı

  • By admin
  • 18 Mart 2024 12:08

Kriptovalyuta dünyası İrlandiyada yaşayan 38 yaşlı Ceyms Hauelsdən danışır.

Gununsesi.info xəbər verir ki, təxminən 10 il əvvəl təsadüfən içində 8 min bitkoin olan hardi diski yerə atan adam yaşadığı ərazidəki zibil toplama müəssisəsində bu virtual valyutanı qaytarmaq üçün qanuni mübarizəyə girib.

Hazırda dəyəri təxminən 500 milyon avro olan bitkoinlərinə çatmaq istəyən adam İngiltərə mətbuatına danışıb. “Düşünürəm ki, xarici yaddaş zibilxanadadır və mən sadəcə mənim olanı iddia etmək şansı istəyirəm”, – deyə o bildirib.

Houells virtual pul toplamağa 2009-cu ildə başladığını və kriptovalyutaların o qədər də gündəmdə olmadığını deyib. “Zamanla 8 min bitkoinim var idi və onları siyirmədə hard diskin yaddaşda diqqətlə saxladım”, – deyə o bildirib. Lakin 2013-cü ildə ofisində təmizlik işləri apararkən təsadüfən hard diski çölə atan Houells sevgilisinin həmin vaxt içərisində həmin disk də olan szibilləri küçədəki zibil qutusuna atdığını və işin bitdiyini bildirib.

O vaxtdan bəri Uelsdəki səlahiyyətlilərlə qanuni prosesdə olan və zibil toplama obyektini yoxlamaq istədiyini deyən Houells mənfi cavab aldığını “Daily Mail” nəşrinə bildirib.

Houells bir komanda qurduğunu və komandaya axtarış mütəxəssisləri, hüquqşünaslar, məlumatların bərpası üzrə mühəndislər və fond menecerlərinin daxil olduğunu və bitkoinlər tapıldığı təqdirdə, bu “nəhəng tort”dan pay alacaqlarını söyləyib.

Uelsin Nyuport şəhərinin rəsmiləri “Daily Mail”in sualı əsasında qərarlarından geri addım atmayacaqlarını bildiriblər.

“Bu məlumat daşıyıcısının əslində sizin poliqonunuzda olduğuna dair heç bir təminat yoxdur. Və Houells planladığı kimi poliqonun qazılması ətraf mühitə son dərəcə zərərli təsir göstərəcək”, – rəsmilər bildirib.

 

Gununsesi.info