KTMT missiyası Ermənistanda işə başladı - VİDEO

  • By admin
  • 16 Sentyabr 2022 10:45

KTMT-nin Birləşmiş Qərargahının Operativ qrupu Ermənistanda öz işinə başlayıb.

Gununsesi.info Qafqazinfo-ya istinadla xəbər verir ki, missiyanın tərkibinə təşkilata üzv olan bütün dövlətlərdən (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan – red.) nümayəndələr daxildir.

Yayılan görüntülərdən missiyanın artıq Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüş keçirdiyini görmək mümkündür.

Qeyd edək ki, KTMT missiyasının Ermənistana göndərilməsi barədə təklifi Rusiya Prezidenti Vladimir Putin irəli sürüb. Missiya sərhəddə vəziyyətin qiymətləndirilməsi ilə məşğul olacaq.

Gununsesi.info