“KTMT-nin iki mühüm sənədi bu səbəbdən qəbul edilmədi” -Paşinyan

  • By admin
  • 24 Noyabr 2022 14:56

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında tərəfdaşları ilə iki mühüm sənəd üzrə ortaq məxrəcə gələ bilməyib.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

“Lakin mənim fikrimcə, açıq, müsbət müzakirə aparıldı. Sənədlər baxılmaq üçün göndərilib. Ümid edirəm ki, təftişdən sonra ortaq məxrəcə gələcəyik. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi qəbul olunmadı, yəni biz bəyannaməni imzalamadıq. Sentyabrın 13-də eskalasiya ilə bağlı KTMT-nin reaksiya qərarı da bizim imzalamadığımıza görə qəbul edilmədi”, – Nikol Paşinyan deyib.

Eyni zamanda o, müzakirələri, Rusiya ilə ikitərəfli danışıqları müsbət qiymətləndirib.

“Ümid edirəm ki, biz əldə olunan razılaşmaları tez bir zamanda həyata keçirə biləcəyik”, – Nikol Paşinyan bildirib.

Gununsesi.info