Kürdəmir sakinlərinin müraciətləri “Açıq mikrofon”da qeydə alındı - FOTOLAR

  • By admin
  • 20 Oktyabr 2022 20:31

“Səyyar qəbul otağı” bu dəfə Kürdəmir sakinlərinin ixtiyarına verilib. Aksiyada ümumilikdə 17 müraciət səsləndirilib.

Müraciətçilərdən Vahid Əliyev sakini olduğu Xırdapay kəndində küçə qaz xəttinin çəkilməsini xahiş edib. Yenikənd sakini Fəyalı Zəkərgayeva isə ona məxsus həyətyanı sahədən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.

Aksiyada ünvanlanan hər bir müraciət Ağsu Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılıb.

Görüşdə qeyd olunan problemlərin araşdırılmasına qərar verilib.

Gununsesi.info