“Lambda” ştamı 30-dan çox ölkəyə yayıldı

  • By admin
  • 20 İyul 2021 12:23

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) başda Cənubi və Şimali Amerika olmaqla, 30-dan çox ölkədə COVID-19-un “lambda” variantının aşkarlandığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ÜST-nin COVID-19-a qarşı mübarizə komandasının lideri Maria van Kerxove danışıb.

O, “lambda” ştamının “diqqət çəkənlər” siyahısına iyun ayının ortalarında daxil edildiyini və bu variantın ilk dəfə Peruda 2020-ci ilin dekabrında aşkarlandığını qeyd edib.

Kerxove təşkilatın “lambda” variantını yaxından izlədiyini və onun yayılması barədə məlumat almaq üçün bütün üzv dövlətlərlə əməkdaşlıq etdiyini əlavə edib.

Gununsesi.info