Rusiyadan PUA AÇIQLAMASI: bazarın 10 faizinə…

  • By admin
  • 20 İyul 2021 12:16

Rusiya ortamüddətli perspektivdə kəşfiyyat və zərbə PUA-larıyla bağlı dünya silah bazarının 10 faizini tutmaq niyyətindədir.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıqla bağlı Federal Xidmətin rəhbəri Dmitri Şuqayev deyib. O, bunun üçün Rusiyanın bütün şəraitinin olduğunu bildirib:

“Rusiya artıq kiçik kəşfiyyat PUA-larını bir sıra ölkələrə tədarük edir. Biz bu məhsulların tədarükü ilə bağlı yeni kontraktlar imzalamışıq. Eləcə də biz yaxın zamanlarda zərbə PUA-larımızın xaricə tədarükü ilə bağlı ilk kontraktların imzalanmasını gözləyirik”.

Gununsesi.info