Lavrov: ŞƏT görüşünün iştirakçıları ölkələrinin maraqlarını müdafiə edirlər

  • Müəllif: Admin08
  • 01 Sentyabr 2025 20:50

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tiencində keçirilən ŞƏT və ŞƏT+ sammitlərinin əsas nəticəsini görüş iştirakçılarının öz milli maraqlarını müdafiə etməyə hazır olması kimi qiymətləndirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri VQTRK-nın jurnalisti Pavel Zarubinin suallarını cavablandırarkən bildirib.

“Bu, təxribatlara boyun əymədən, hüquqlarını beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və vaxtilə Qərbin özünün təbliğ etdiyi beynəlxalq valyuta-maliyyə ticarəti sisteminin prinsiplərinə tam uyğun olaraq müdafiə edərək göstərilən qətiyyətdir, İştirakçıların qanuni maraqlarının müdafiəsinə yönəlmiş qətiyyətdir”, – o deyib.