Lavrovun Çinə gedən təyyarəsi yarıdan qayıtdı

  • By admin
  • 18 Mart 2022 22:49

Bu gün, Ukraynada müharibənin 23-cü günündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin səfərə yola düşüb, lakin onu aparan təyyarə Pekinə çatmadan geri qayıdıb.

Gununsesi.info  Report-a istinadən xəbər verir ki, bunu Almaniyanın məşhur “Bild” qəzeti yazıb.

Bildirilib ki, S.Lavrovun olduğu təyyarə 2 800 kilometr məsafə qət etdikdən sonra geri qayıdıb.

Buna səbəb kimi iki ehtimal irəli sürülüb. Birincisi, Pekin hakimiyyətinin S.Lavrovu qəbul etmək istəməməsi, ikincisi isə Rusiya Prezidenti Vladimir Putinin naziri təcili geri çağırmasıdır.

Qeyd edək ki, son günlər Rusiyanın Çindən hərbi və iqtisadi kömək istəməsi barədə məlumat yayılıb.

Gununsesi.info