Rusiya Ermənistandan hərbçilər gətirir – UKRAYNA

  • By admin
  • 18 Mart 2022 22:29

Rusiya Ermənistandakı bazasından ayrı-ayrı bölmələri Ukraynaya qarşı müharibəyə cəlb etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı bölmələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiya Federasiyasının hərbi rəhbərliyi Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin Ukrayna ərazisinə keçirilməsini planlaşdırır”, – məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə də Ukrayna Baş Qərargahı Qarabağdakı sülhməramlıların bir hissəsinin və 102-ci bazanın 800 əsgərinin Ukraynadakı əməliyyatlara cəlb edildiyini açıqlamışdı.

Gununsesi.info