Lukaşenko müxalifət liderini oğurladıb

  • By admin
  • 08 Sentyabr 2020 10:33

 

Belarus milisi bildirir ki, müxalif Koordinasiya Şurasının üzvü Maria Kolesnikovanın axtarışına başlanıb.

Xanım Kolesnikova sentyabrın 7-də səhər saatlarında yoxa çıxıb.

Onun itməsi ilə bağlı qohumları milisə müraciət ediblər.

Şahidlərin bildirdiyinə görə mülki geyimli və maskalı şəxslər Kolesnikovanı Minskin mərkəzində qamarlayaraq mikroavtobusa oturdublar.

Bu hadisənin ardınca Kolesnikovanın müxalifətçi yoldaşları – Anton Rodnyankov və Ivan Kravtsovla da rabitə kəsilib.

Belarus milisi və İstintaq Komitəsi bildiriblər ki, xanım Kolesnikovanın saxlanması ilə bağlı heç bir məlumata malik deyillər.

Belarus Dövlət Təhlükəsizlik Komitəsi hadisə barədə heç bir şərh verməyib.

Xanım Kolesnikovanın itməsi ilə bağlı London və Berlin narahatlıq bildiriblər.

***

Belarus hakimiyyəti sentyabrın 7-də bildirib ki, bir gün öncə onminlərlə insanın qatıldığı nümayişlərdə 633 nəfər saxlanıb. Etirazçılar Prezident Alyaksandr Lukaşenkanın (Alyaksandr Lukashenka) istefasını tələb edirlər.

Minsk polisi isə müxalifətin koordinasiya qrupunun aparıcı üzvünün saxlanması xəbərlərini təkzib edib. Bir şahid etirazların 30-cu günü Mariya Kalesnikavanın mikroavtobusla harasa aparıldığını deyib.

İzsiz-soraqsız yoxa çıxanlar

26 ildir ölkəni idarə edən Lukaşenka opponentləri ilə danışıqlardan imtina edir. Müxalifət 9 avqust seçkisinin saxtalaşdırıldığını deyərək yeni seçki tələb edir.

Gununsesi.info