Lukaşenko tətil edən zavoda gəldi: “Probleminiz nədir? - FƏHLƏLƏR ONU DANIŞMAĞA QOYMADI+video

  • By admin
  • 17 Avqust 2020 18:25
Bu gün  Aleksandr Lukaşenko prezident seçkilərinə etirazlarını bildirərək tətil elan edən “Minsk Təkər Traktor Zavodu”nun işçiləri ilə görüşüb.
Gununsesi.info-nun Nexta.tv-yə istinadən verdiyi xəbərə görə, Lukaşenko çıxışı boyunca “ÇIX GET” şüarları ilə qarşılaşıb və bu şüarla da yola salınıb.
O, həmin yerə oğlu Nikolayla birlikdə helikopterlə gəlib.
“Siz məndən təzyiq altında nəsə edəcəyimi gözləməyin. Onlar olmayacaq. Yeni seçkilər keçirilməyəcək” – deyə Lukaşenko bildirib.