Məmməd İsmayılın vəziyyəti ağırlaşıb – Qızından AÇIQLAMA

  • Müəllif: Firuzə
  • 13 Avqust 2025 16:56

“Atam “Liv Bona Dea Hospital”ın Reanimasiya şöbəsinə yerləşdirilib. Nəfəsalmada problem yaşayırdı. Dünən ani olaraq vəziyyəti ağırlaşıb”.

Bu barədə Gununsesi.info-a şair, professor Məmməd İsmayılın qızı İntizar İsmayıl məlumat verib.

O qeyd edib ki, M.İsmayılın indiki vəziyyəti stabildir:

“Bu, indiki vəziyyətidir, iki-üç saat sonra nə olacaq, bilmirəm. Biz inanırıq ki, yaxşı olacaq”.

Xatırladaq ki, Məmməd İsmayılın sağlamlığındakı problemlərə görə Heydər Əliyev Fondu müalicəsini öz üzərinə götürüb.

Gununsesi.info