Günümüzün kredit borclarının bir problemli məsələsi də kredit götürən şəxsin vəfat etdikdən sonrakı vəziyyətdir.
Maraqlıdır, mərhumun borclarını ödəmək övladların vəzifəsidirmi?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, insan vəfat etdikdən sonra onun borcları da mirasın tərkib hissəsi hesab olunur. Əgər övlad və ya digər varis mirası qəbul edərsə, o, mərhumun borclarına yalnız miras kimi qəbul etdiyi əmlakın dəyəri həddində cavabdeh olur.Məsələn, mərhumdan 20 min manat dəyərində əmlak qalıb, amma 50 min manat borcu var. Varis həmin mirası qəbul edibsə, maksimum 20 min manatlıq məsuliyyət daşıyır. Qalan 30 min manatı öz şəxsi vəsaiti hesabına ödəməyə borclu deyil. Əgər varis mirasdan imtina edərsə, ümumiyyətlə həmin borclara görə məsuliyyət daşımır. Övladlar valideynlərinin borclarını öz ciblərindən ödəməyə məcbur deyillər. Onların məsuliyyəti yalnız qəbul etdikləri mirasın dəyəri ilə məhdudlaşır.
Orxan












