“Mançester Yunayted” satılırmı? – Azarkeşləri həyəcanlandıran xəbər…

  • By admin
  • 23 Noyabr 2022 15:39

İngiltərə Liqasının öndə gələn futbol klublarından olan “Mançester Yunayted”in amerikan sahibləri klubu satmağı dəyərləndirdiklərini açıqlayıblar.

Gununsesi.info “Hürriyet”e istinadən xəbər verir ki, Qlazer ailəsi “Mançester Yunayted”in İdarə Heyətinin klubun böyüməsinə yönəlik strateji alternativlər üzərində çalışdığını açıqlayıb.

Edilən açıqlamada bu alternativlər arasında klubun satılmasının da olduğu vurğulanıb.

Oktyabr ayında milyarder iş insanı Cim Ratçliff oktyabr ayında klubla maraqlandığını, ancaq o dönəm Qlazer ailəsinin ona klubu satmaq istəmədiklərini açıqlamışdı.

Xatırladaq ki, məşhur ingilis klubu 2005-ci ildə 790 milyon sterlinqə satılmışdı.

Fanatlarının etirazları ilə “Liverpul” oyunu öncəsində “Old Trafford” stadionuna çoxlu sayda insan toplanmışdı. Hələ də İngiltərə Liqasında 5-ci sırada yer alan klub 2017-ci ildən bəri kubok qazana bilməyib.

Qeyd edək ki, “Yunayted” sonuncu dəfə 2013-cü ildə çempio olub.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info