Dünya gündəmini çalxalayan həbs: Planet milyarderinə 11 il həbs cəzası

  • By admin
  • 23 Noyabr 2022 15:24

Silikon Vadisinin dünyaca məşhur milyarderi, Kan testi şirkəti “Theranos”un qurucusu Yelizaveta Holmes Amerikada ittiham edildiyi məhkəmə davasında yatırımçılara dələduzluq etmək səbəbindən 11 il 3  ay həbs cəzası alıb.

 

Gununsesi.info “BBC”yə istinadən xəbər verir ki, Kaliforniyadakı məhkəmə iclasında günahkar bilinən Holmesin 15 il həbs cəzası alması və “Theranos”un sərmayəçilərinə 800 milyon dolllar ödəməsi tələb edilirdi.

Məhkəmə iclasından öncə milyarder Yelzaveta “Forbes” dərgisi tərəfindən dünyanın öz imkanları ilə milyarder olan ən gənc qadını olaraq elan edilmişdi.

“Yeni Stiv Cobs” olaraq tanınan Holmes  2014-cü ildə 30 yaşındaykən zirvədə idi.

Stanford Universitetini tərk edən gənc qadın 9 milyard dollar dəyərləndirilən “Theranos”u qurmuç və emal etdikləri makinaların bir neçə damla qanla yüzlərlə xəsətliyə diaqnoz qoyula biləcəyini iddia etmişdi. Ancaq bunun gerçək olmadığı üzə çıxdı.

“Sərmayeçilərə dələduzluq etmək” və “sui-qəsd nəzəriyyəsi qurmaq”, “elektronik fırıldaqlıq” kimi ittihamlar onun etdiyi cinayətlər arasındadır. Bu barədə məhkəmə qərarlarında bildirilir.

Tərcümə: Arzu Sayadoğlu