Maskdan Üçüncü dünya müharibəsi açıqlaması

  • By admin
  • 07 Sentyabr 2022 11:38

Amerikalı milyarder İlon Mask may ayında Rusiya Prezidenti Vladimir Putinin Qələbə günü münasibətilə çıxışına görə tviterin alışını təxirə salmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Müqaviləni idarə edən bankirlə yazışmada Maskın “dünya Üçüncü Dünya müharibəsinə doğru getdiyi təqdirdə razılaşmanın mənası olmayacaq” dediyi qeyd edilir. Bununla bağlı iş adamı bir müddət gözləmək qərarına gəlib. “Gəlin bir müddət gözləyək. Putinin çıxışı həqiqətən vacibdir”, – mesajda deyilir.

Hüquqşünasların fikrincə, Maskın bu açıqlamaları sübut edir ki, platformanı almaqdan imtinaya milyarderin tviterin öz öhdəliklərini yerinə yetirməməsi deyil, şəxsi maliyyə qayğısı səbəb olub.

Aprelin 25-də “SpaceX” və “Tesla”-nın qurucusu İlon Mask tviterlə 44 milyard dollarlıq müqavilə razılaşdırıb. Müqavilə ilin sonuna qədər bağlanmalı idi, lakin iyulun 9-da sahibkar bundan imtina edib.

Gununsesi.info